Putin Yerevanı yola verir? – Rusiya prezidentinin sözçüsündən gündəm açıqlaması

SİYASƏT

05 Oktyabr 2020 17:57

Oxunma sayi: 826
Putin Yerevanı yola verir?       – Rusiya prezidentinin sözçüsündən gündəm açıqlaması

"Moskva Qarabağ məsələsi ilə bağlı Bakı və Ankara ilə danışıqlar aparılmasında heç bir problem yaşamır, dialoq yüksək səviyyədə davam edir”.

 

Azmedia.az-ın "Sputnik Armeniya”ya istinadla verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Əliyev və Ərdoğanla danışmayıb, amma onlarla danışıqlar aparılmasında hansısa problem yoxdur.

"Bu heç də o demək deyil ki, Moskva işgüzar əlaqələr qurmaqla bağlı hər hansı problem yaşayır”, -deyə Peskov bazar ertəsi jurnalistlərə bildirib.

"Nəyə görə Putin münaqişə başlayandan bəri Ermənistanın baş naziri Nikol Paşınyanla üç dəfə danışdığı halda, Türkiyə və Azərbaycan prezidentləri ilə bircə dəfə də olsun ünsiyyət qurmayıb?” sualına Peskov belə cavab verib: "Bu prezidentlərin iş qrafikindən və danışıqların nə dərəcədə məqsədəuyğun olduğundan asılıdır”.

Peskovun sözlərinə görə, xarici işlər naziri Lavrov Azərbaycan və Türkiyədəki həmkarları ilə daim əlaqə saxlayır.

Putinin sözçüsü əlavə edib ki, Qarabağ münaqişəsi ilə bağlı Rusiya-Ermənistan dialoqu kimi, Rusiya-Türkiyə və Rusiya-Azərbaycan dialoqu da ən yüksək səviyyədə və davamlı şəkildə aparılır.

Xatırladaq ki, oktyabrın 4-də Ermənistanla Rusiyanın xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Sergey Lavrov telefon danışığı zamanı Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər. Lavrov mülki əhali arasında ölənlərin və zərər çəkənlərin sayının artması ilə bağlı narahatlığını bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!