Putindən “həyatı söyüşlə təsvir etmək” istəyən Şnurova klassik ədəbiyyat dərsi VİDEO

SİYASƏT

17 Dekabr 2020 17:33

Oxunma sayi: 1029
Putindən “həyatı söyüşlə təsvir etmək” istəyən Şnurova klassik ədəbiyyat dərsi   VİDEO

Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik böyük mətbuat konfransında rusiyalı məşhur rok ifaçısı, aparıcı, şair, aktyor Serqey Şnurovla dialoqu böyük maraq doğurub.

 

Bu barədə RT kadrlar təqdim edib.

“Adi bir rusiyalı - burada söhbət əksəriyyətdən, sadə vətəndaşdan gedir - bu həyatı söyüş söymədən necə təsvir edə bilər?”- Sergey Şnurov prezidentə sual verib.

Putinin cavabı gecikməyib:

“Sovet kinosunun klassikləri olan məşhur filmlərə müraciət edin, hansı ki, orada istilik batareyası ayağa düşəndə “turp” (“rediska”) demək lazımdır, söymək yox”, - deyə cavab verib.

Qeyd edək ki, Putin Sovet klassiklərindən olan “Uğur Centlmenləri” filmindən sitat gətirib.

Onu da vurğulayaq ki, S.Şnurov öz çıxışlarında leksikondan kənar ifadələr işlətməsi ilə tanınır.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!