Putindən Rusiyanın Qarabağla bağlı mövqeyi barədə AÇIQLAMA

SİYASƏT

17 Dekabr 2020 17:50

Oxunma sayi: 1039
Putindən Rusiyanın Qarabağla bağlı mövqeyi barədə     AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin rəsmi Moskvanın Dağlıq Qarabağ zonasındakı vəziyyətlə bağlı mövqeyindən danışıb.

 

Bu barədə o, illik mətbuat konfransı zamanı deyib.

“Rusiyanın mövqeyi həmişə belə olub ki, qan tökülmədən razılığa gələk. Bizim mövqeyimiz ATƏT-in Minsk qrupunda da belə olub”, - deyə Rusiya lideri bildirib.

O qeyd edib ki, Rusiya uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılması mövqeyindən çıxış edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!