“Putinin sözü, əməli birdir” Ərdoğan

SİYASƏT

25 Dekabr 2020 16:49

Oxunma sayi: 675
“Putinin sözü, əməli birdir”   Ərdoğan

“Cənab Putini tanıyandan sonra onu eynilə bu şəkildə tanıdım. Həqiqətən də sözü, əməli birdir”.

 

Azmedia.Az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

 

“Rusiya vədinə sadiq qalan və güclü münasibətlər qura biləcəyimiz nadir bir ölkədir. Hədəflərimizə doğru eyni əzmlə addımlayırıq və inanıram ki, gedəcəyik”, -deyə Ərdoğan vurğulayıb.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də keçirilən illik mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözünün üstündə duran və ölkəsinin maraqlarını sona qədər qoruyan bir şəxs kimi dəyərləndirmişdi:

“Ərdoğanla hərdən fikir ayrılıqlarımız olur. Ancaq o, sözünün üstündə duran bir insandır, kişi adamdır, quyruq bulamır. Və əgər düşünürsə ki, nə isə ölkəsinin maraqlarının xeyrinədir, bu məsələdə sona qədər gedir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!