Putinlə Bayden yenidən görüşə bilər

SİYASƏT

10 Noyabr 2021 09:33

Oxunma sayi: 224
Putinlə Bayden yenidən görüşə bilər

Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Bayden arasında növbəti görüş keçirilə bilər.

Azmedia.Az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, görüşün gələn ilin əvvəlində keçirilməsi ehtimalı var.

Qəzet yazır ki, hər iki ölkə lideri bu ilin sonuna kimi, çox güman ki, videokonfrans formatında danışıqlar aparacaqlar: “Detallar hələ sona qədər razılaşdırılmayıb və bu səbəbdən də nə Kreml, nə də Ağ Ev görüşün detallarını açıqlamağa tələsir”.

Qeyd edək ki, Vladimir Putin və Co Bayden arasında ilk görüş iyunun 16-sı Cenevrədə baş tutub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!