Putinlə Tramp telefonda danışdı

SİYASƏT

24 İyul 2020 00:05

Oxunma sayi: 980
Putinlə Tramp telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

Azmedia.az bildirir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

 

Dövlət başçıları strateji sabitlik və silahlanmaya nəzarət məsələlərini müzakirə ediblər.Ağ Evin rəsmi nümayəndəsi Cadd Dirin sözlərinə görə, Tramp Rusiya, Çin və ABŞ-ın bahalı silahlanma yarışından qaça biləcəyinə ümid etdiyini bildirib.

 

Söhbətdə prezidentlər İranın nüvə proqramı mövzusuna toxunublar.

 

Bundan başqa, Putin və Tramp iki ölkənin ticarət-iqtisadi əlaqələrini inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!