Qalib ordunun qalib əsgəri evinə dönüb Nazim Həsənov şəhid atasının qisasını alıb

SİYASƏT

16 Dekabr 2020 12:29

Oxunma sayi: 1398
Qalib ordunun qalib əsgəri evinə dönüb   Nazim Həsənov şəhid atasının qisasını alıb

Vətən müharibəsində böyük şücaət göstərən hərbçilərimizindən biri də Nazim Həsənov olub.

 

Azmedia.az  bildirir ki, Nazim Həsənovun atası Rövşən Həsənov birinci Qarabağ savaşının şəhidlərindədir. Bir şəhid övladı kimi onun da ən böyük arzularından biri ərazi bütölüyümüz uğrunda döyüşlərə qatılıb, torpaqlarımzı düşmən tapdağından azad etmək idi.

Gözlənən o məqam isə 27 sentyabrda yetişdi. Həmin vaxt könüllü olraq cəbhəyə yollanan Nazim Həsənov cəbhənin cənub istiqamətində döyüşlərə qatılıb. Füzuli Cəbrayıl, Hadrutun azad olmasında yaxından iştirak edib.

Nazim Həsənovun atası Rövşən Həsənov 1992-ci ildə könüllü olaraq Azərbaycanın ərazi bütövüyü uğrunda döyüşlərə qatlıb. 1994-cü ilin aprel ayında Füzuli uğrunda gedən döyülərdə qəhrəmancasına şəhid olub. İndi Nazimin atasının ruhu da şaddır. Çünki oğlunun da iştirak etdiyi savaşdan Azərbaycan qalib olaraq çıxıb və torpaqlarımız azad edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!