Qandallar polisi ölümdən xilas etdi – FOTO/VİDEO

SİYASƏT

19 Dekabr 2020 19:03

Oxunma sayi: 1121
Qandallar polisi ölümdən xilas etdi         – FOTO/VİDEO

Moskva vilayətində qandallar polis əməkdaşını ölümdən xilas edib. Belə ki, cinayətkarın atdığı güllə zəncirə dəyir və orada ilişib qalır.

 

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, əslində polis kişinin ifadəsini almaq istəyib. Lakin qəfildən kişi polislərə silahdan atəş açıb.

Güllələrdən biri polis rəisi Artyom Siventsevin sinəsinə dəyib. Lakin xoşbəxtlikdən orada qandallar olub, güllə də ona ilişib.

Kişi polislərin onu saxlamağa hazırlaşdığını görəndə, özünü boğazından güllələyib və hadisə yerində keçinib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!