Qanun pozuntularına yol verən məntəqələr açıqlandı SİYAHI

SİYASƏT

25 Fevral 2020 21:11

Oxunma sayi: 385
Qanun pozuntularına yol verən məntəqələr açıqlandı   SİYAHI

Milli Məclisə seçkilərlə əlaqədar təqdim edilmiş protokolların və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib.
 

Azmedia.az BakuPost.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.


Onun sözlərinə görə, 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar seçki dairəsinin 8, 13 və 20 saylı, 101 Göygöl-Daşkəsən seçki dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb: “Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!