Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalist verilişindən imtina etdi

SİYASƏT

08 İyun 2022 14:00

Oxunma sayi: 556
Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalist verilişindən imtina etdi

Türkiyənin “Fox” televiziyasında yayımlanan “Fulya ile umudun olsun” proqramının aparıcısı Fulya Öztürk gələcək karyerası barədə açıqlama verib.

44 günlük Vətən müharibəsində xüsusi xidmətləri olmuş tanınmış jurnalist özünü sosial yönümlü verilişlərdə görmək istəmədiyini söyləyib:

“Ağlım və ruhum həmişə xəbərlərin yanında olur, yeni mövsümdə aparıcısı olduğum verilişdə olmayacam”.

F.Öztürk qərarı barədə “Fox” televiziyasının rəhbərliyini məlumatlandırdığını və yeni mövsümdən ekrana fərqli proqramla çıxmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Vətən müharibəsi zamanı Fulya Öztürk Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. O, müharibənin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə olub, xüsusən Ermənistan ordusunun Gəncə əhalisinə qarşı törətdiyi cinayətləri işıqlandırıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!