“Qarabağ” ordenli şəhid kapitan Elçin Tağıyevin döyüş yolu VİDEO

SİYASƏT

20 Dekabr 2020 14:13

Oxunma sayi: 708
“Qarabağ” ordenli şəhid kapitan Elçin Tağıyevin döyüş yolu   VİDEO

Peşəkar zabit Elçin Tağıyev Vətən Müharibəsi dövründə qəhrəmanlıq göstərən hərbi qulluqçulardan biri olub.

 

Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra Ali Hərbi Məktəbi bitirmiş Biləsuvar rayonunun Zəhmətabad kənd sakin Elçin Tağıyev ordu sıralarında kapitan rütbəsinə qədər yüksəlib.

Şəhid olmamışdan öncə ona mayor rütbəsi təqdim olunsa da, bu rütbəni çiyinlərinə taxmaq qismət olmayıb.

Talış və Suqovuşan istiqamətində döyüşən qəhrəman zabitimiz həmin strateji ərazilərin işğaldan azad olunmasında taboru ilə birlikdə şücaət göstərib və bu döyüşlərdə şəhid olub.

O, “Qarabağ” ordeni ilə təltif edilib.

Daha ətraflı Baku TV-nin süjetində izləyin:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!