Qarabağda qalıqları tapılan erməni hərbçilərin SAYI

SİYASƏT

01 Yanvar 2021 17:45

Oxunma sayi: 880
Qarabağda qalıqları tapılan erməni hərbçilərin     SAYI

Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb.

 

Azmedia.Az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib.

 

"Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb", - U.Tadevosyan vurğulayıb.

 

O bildirib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb:

 

"Hadrutda axtarış işlərinin bərpa edilməsi üçün danışıqlar gedir. Hazırda axtarış işləri Füzuli və Xocavənd istiqamətində davam edir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!