Qarabağda təmas xəttindən olan reportaj “ayın videosu” seçildi VİDEO

SİYASƏT

09 Oktyabr 2020 12:05

Oxunma sayi: 836
Qarabağda təmas xəttindən olan reportaj       “ayın videosu” seçildi   VİDEO

“Anadolu” agentliyinin (AA) internet saytlarında türk və ingilis dillərində keçirilən səsvermədə Qarabağda təmas xəttindən hazırlanan reportaj “ayın videosu” seçilib.

 

Bu barədə AA-nın saytında bildirilib.

Məlumata görə, reportajı agentliyin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı, azərbaycanlı Ruslan Rəhimov hazırlayıb.

Videoda işğalçı Ermənistan ordusunun mülki vətəndaşları hədəfə alan hücumları və vəzifə başında olan jurnalist heyətinin hücumlardan son anda xilas olunmaları görünür.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!