“Qarabağdan Ermənistan hərbçiləri çıxarılır” erməni polkovnik

SİYASƏT

20 Mart 2021 23:30

Oxunma sayi: 911
“Qarabağdan Ermənistan hərbçiləri çıxarılır”   erməni polkovnik

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarabağdan çıxarılır.

 

Azmedia.Az milli.az-a istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, polkovnik Senor Asratyan Facebook akkauntunda belə yazıb.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ ərazisindən bütün erməni silahlı birləşmələri çıxarılır.

"Baş nazir Nikol Paşinyan bu qərarına "şərbi çağırışçıların valideynləri belə istədilər" deyərək haqq qazandırmağa çalışacaqlar. Bundan başqa, Meğridə nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqlar gedir", - S.Asratyan yazıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!