Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub

SİYASƏT

15 Oktyabr 2020 14:45

Oxunma sayi: 750
Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub

Dağlıq Qarabağda separatşı quldur rejimin “rəhbəri” Araik Arutyunyan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxuya düşərək ərazini tərk edən mülki əhalini dayandırmaq üçün qadağalar tətbiq edib.

 

Bu barədə o, “Facebook” hesabında yazıb.

Separatçıların “rəhbəri” bölgədə tətbiq edilən hərbi rejimi bəhanə edərək çağırış yaşına çatmış şəxslərin Qarabağ ərazisindən çıxmasını qadağan edib.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun öz torpaqlarını müdafiəsi qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistan ölkə qanunlarına qarşı çıxaraq, son 1 ildə tərxis olunmuş çağırışçıları da hərbi xidmətə yenidən cəlb edib.

Eyni zamanda, işğalçı dövlət döyüşlərə artıq qocaları da məcburi cəlb edir.

Xatırladaq ki, sosial şəbəkədə mövqelərindən qaçmamaları üçün zəncirlənmiş erməni hərbçiləri, Xankəndinin tam olaraq boşalması barədə çoxlu görüntülər yayılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!