Qaxda şəhid dəfn olunub FOTO

SİYASƏT

13 Dekabr 2020 17:57

Oxunma sayi: 1025
Qaxda şəhid dəfn olunub   FOTO

Qaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçi, 2000-ci il təvəllüdlü Cavid Vahid oğlu Abdullayevlə vida mərasimi keçirilib.

 

Azmedia.az-ın  report-a istinadən xəbər verir ki, rayonun Qaşqaçay kənd sakini, 20 yaşlı Cavid Abdullayev Füzuli istiqamətində döyüşüb. Oktyabr ayının ortalarından ailəsi ilə əlaqəsi kəsilən hərbçimizin şəhid olduğu müəyyənləşib.

Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Qaşqaçay kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Qax rayonunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, C.Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Bu ilin oktyabrında isə ordu sıralarından tərxis olunmalı idi. Lakin 27 sentyabrdan başlayan Vətən müharibəsində iştirak edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!