Qazax rayonundan olan şəhidlər Nəbi Hüseynov və Anar Nağıyevin döyüş yolu (VİDEO)

SİYASƏT

12 Yanvar 2021 10:42

Oxunma sayi: 1100
Qazax rayonundan olan şəhidlər   Nəbi Hüseynov və Anar Nağıyevin döyüş yolu (VİDEO)

Qazax rayonundan olan Nəbi Hüseynov Vətən müharibəsində qoçaqlığı ilə dastan yazan qəhrəmanlardandır. O, Aprel döyüşlərində də böyük şücaət göstərib. 

 

Azərbaycan Televiziyası Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan qəhrəman şəhidimiz haqqında reportaj hazırlayıb. 

Reportajda şəhid komandirin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər. 

Qazax rayonundan olan digər bir şəhid Anar Nağıyev haqqında da ailə üzvləri və döyüş yoldaşları fəxrlə söz açıblar. O da Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. 

Şuşanı fəth edib qəhrəmancasına həlak olan şəhidimizin anası qeyd edib ki, övladı ilə fəxr edir. 

A.Nağıyev də Nəbi Hüseynov kimi həm xidməti dövründə, həm də şəhadətindən sonra bir neçə orden və medalla təltif olunub. 

Sözgedən reportajı təqdim edirik: 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!