Qazaxıstan nüvə silahının ləğvi üçün plan hazırlamağı təklif etdi

SİYASƏT

20 İyun 2022 08:42

Oxunma sayi: 222
Qazaxıstan nüvə silahının ləğvi üçün plan hazırlamağı təklif etdi

Qazaxıstan 2045-ci ilə qədər dünyada nüvə silahının ləğvi planının hazırlanmasına çağırıb.

Bu təşəbbüslə ölkənin Xarici İşlər Nazirliyi çıxış edib.

Qurum öz təklifini Ukraynadakı münaqişə və bu tip silahların qarşılıqlı təhdidləri ilə əsaslandırıb.

“Hazırda dünya böhran içindədir və nüvə silahından istifadə riski yüksəkdir. Ukraynada baş verənlər, eləcə də qarşılıqlı təhdidlər nüvə başlıqlarının qadağan edilməsinə və məhvinə sövq edir”, - deyə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib.

O bildirib ki, Qazaxıstan bütün dünya ölkələrini, növbəti 20 il ərzində - 2045-ci ilə, yəni BMT-nin yüzilliyinədək nüvə silahının tamamilə ləğvi üçün mərhələli plan hazırlamağa çağırır.

Mənbə: rbc.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!