Qazaxıstan prezidenti: “Hakimiyyət süqut etməyəcək” VİDEO

SİYASƏT

05 Yanvar 2022 03:03

Oxunma sayi: 224
Qazaxıstan prezidenti: “Hakimiyyət süqut etməyəcək”   VİDEO

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədəki mövcud vəziyyətlə bağlı xalqa videomüraciət edib.

O, bəyanatında həmvətənlərini tədbirli olmağa və təxribatlara uymamağa çağırıb.

“Əziz həmvətənlər, bir daha sizə müraciət edirəm. Ehtiyatlı olun, daxildən və xaricdən gələn təxribatlara, mitinq eyforiyasına uymayın. Mülki və hərbi idarələrin ofislərinə basqın etmək çağırışları tamamilə qanunsuzdur. Bu cinayətdir və cəzalandırıla bilər. Hakimiyyət süqut etməyəcək” , - deyə Tokayev video müraciətində bildirib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!