Qazaxıstan rəsmisi: “KTMT hərbçiləri əməliyyatlarda iştirak etmir”

SİYASƏT

07 Yanvar 2022 12:07

Oxunma sayi: 194
Qazaxıstan rəsmisi:  “KTMT hərbçiləri əməliyyatlarda iştirak etmir”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Qazaxıstandakı sülhməramlı kontingenti hərbi əməliyyatlarda iştirak etmir. Bu təşkilatın hərbçiləri dövlət obyektlərinin müdafiəsinə və mühafizəsinə cavabdehdirlər”.

Bu sözləri Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev “Xəbər-24” dövlət telekanalının efirində söyləyib.

“Ölkəyə KTMT ölkələrinin sülhməramlı kontingenti yeridilib. Onların missiyası sülhməramlıdır. KTMT əsgərləri döyüş əməliyyatlarında iştirak etmir, yaraqlıların məhv edilməsi ilə məşğul olmurlar”, - deyə D.Abayev vurğulayıb.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!