“Qəbələ“nin qolkiperini baş məşqçi və komanda yoldaşları döyüb? - ÖZÜ AÇIQLADI

İDMAN

14 Aprel 2024 00:53

Oxunma sayi: 320
“Qəbələ“nin qolkiperini baş məşqçi və komanda yoldaşları döyüb? -  ÖZÜ AÇIQLADI

"Həmişəki kimi oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Bütün matçlar bizim üçün final kimidir. Komandamıza, məşqçimizə inanıram. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Amma bu, futboldur. Burada bütün nəticələr qeydə alına bilər".

Azmedia.Az xəbər verir ki, bu sözləri offsideplus.az-a açıqlamasında "Qəbələ"nin qolkiperi Kristof Atanqana Misli Premyer Liqasının XXX turunda qəbələyə 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışan zaman deyib. İspaniyalı qapıçı görüşdən sonra komanda yoldaşları və baş məşqçi tərəfindən döyülməsi ilə bağlı mediada çıxan xəbərə də münasibət bildirib:

"Bu informasiyanı mən də oxudum. Təəccübləndim ki, bu, nə məsələdir. Hamıya bildirirəm ki, hər şey qaydasındadır. "Qəbələ"də xoşbəxtəm. Həmişə əlimdən gələnin ən yaxşısını etmişəm və edəcəm də. Xəbərdə yazılan kimi hansısa hadisə baş verməyib. Növbəti oyunumuza köklənmişik. Komandamız hər şeyin yaxşısına layiqdir. Bacardığımız qədər mübarizəmizi davam etdirəcəyik", Atanqana qeyd edib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!