Qəddafinin oğlu həbsxanadan çıxıb Türkiyəyə getdi

SİYASƏT

06 Sentyabr 2021 16:12

Oxunma sayi: 153
Qəddafinin oğlu həbsxanadan çıxıb Türkiyəyə getdi

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin həbsdə olan oğlu Sadi Qəddafi azadlığa çıxıb.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb.

Məlumata əsasən, Sadi Qəddafi azadlığa çıxdıqdan sonra şəxsi təyyarə ilə İstanbula gəlib. Bildirilir ki, təyyarə gecə saatlarında İstanbula enib.

Qeyd edək ki, Sadi Qəddafi 2011-ci ildə Qəddafi rejiminin çökməsindən sonra Nigerə qaçıb. Lakin buna baxmayaraq, 2014-cü ildə Liviyaya təhvil verilib.

O, Liviya Futbol Federasiyasına rəhbərlik etdiyi vaxtlarda vəsait mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!