Qəhrəman qazi qonşular Onlar eyni gündə, eyni mərmidən yaralanıblar (VİDEO)

SİYASƏT

04 Yanvar 2021 19:14

Oxunma sayi: 974
Qəhrəman qazi qonşular   Onlar eyni gündə, eyni mərmidən yaralanıblar (VİDEO)

Vətən müharibəsində iştirak edən hərbi qulluqçularımızın hər birinin öz hekayəsi , döyüş yolu var. İndi təqdim edəcəyimiz qaziləri isə yalnız birgə səngər həyatı deyil çox şey birləşdirir. Səngəçallı qəhrəmanlarımız illərdir ki, mehriban qonşudurlar. Eyni gündə xidmətə başlayıb, eyni gündə də qazi olublar. Biri komandir, digəri isə onun əsgəri kimi hər ikisi vətən borcunu layiqincə yerinə yetirib. Tanıyaq!

 

İki fərqli ömrün o qədər paralleləri var ki, İllərdir Səngəçal qəsəbəsində qonşu olublar. Həm də çox mehriban. Vətən müharibəsinə eyni gündə yollanıb, eyni tağımda döyüşüblər. Qismətdən elə eyni gündə eyni mərmidən də yaralanıblar. Deyərsiniz 2 nəfərin tale yollarının bu qədər sıx kəsişməsi təsadüfdür? Görək özləri bu haqda nə düşünürlər?

Baş Leytenant Natiq qəhrəmanov deyir ki,ona tağımı təqdim edilərkən, təsadüfən qonşusunun da əsgəri olduğunu bilir. İgidlərimizin bir-birini yaxşı tanıması döyüş zamanı da rol oynayır. Çiyinlərini bir-birinə inamla söykəyən qonşular ta Hadruta qədər gəlirlər.

Qəfil başlayan hücumun ardı arası kəsilmədiyindən yaralı əsgərlər döyüş meydanında qalır. Həm də meşəlik ərazidə yol kənarında. 10 saatdan artıq davam edən edən döyüşlərdən sonra Hikmət Cəbiyev döyüş meydanından çətinliklə çıxarılır. Bu müddətdə Natiq digər yaralı əsgərlərin təxliyyəsini təşkil edir.

Bizim qonşular bircə şeyə təəssüflənirlər. Döyüşlərdə sona qədər iştirak edə bilmədiklərinə görə! Deyirlər ki, hərbi hospitalda müalicə aldığımız zaman yetişən qələbə müjdəsi hər şeyə dəyərdi. Qazilərimizin danışılacaq, xatirələri yetərincədir. Elə onları bölüşərək, səbirsizliklə sağalacaqları günü gözləyirlər.

Azmedia.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!