Qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimiz VİDEO

SİYASƏT

22 Dekabr 2020 11:17

Oxunma sayi: 1262
Qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimiz   VİDEO

Vətən müharibəsi başlayan gündən könüllü olaraq döyüşə yollanan Goranboy rayonunun Düzqışlaq kənd sakini şəhid Elşən Zeynalov, Tərtərin Suqovuşan kəndinin düşməndən azad edilməsində fəal iştirak edib. 

 

Baku TV xəbər verir ki, bir bacının yeganə qardaşı olan E.Zeynalov, doğmları ilə oktyabrın 12-nə qədər əlaqə saxlayıb. Sonuncu dəfə atasına özündən və ailə üzvlərindən muğayat olmağı tapşırıb. 

Düzqışlaq kəndinin daha bir şəhidi Eldar Baxşıyevdir. 

Nənəsi Rahilə Məsimova böyük nəvəsi olan Eldarın çağırış vərəqəsi alarkən sevinərək döyüşə yollandığını deyir. 

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ruhu şaddır. Çünkü düşmən tapdağından azad edilən torpaqlarımızda artıq Azərbaycan bayrağı dalğalanır.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!