Qələbə sevinci ilə yaşayan qazimiz VİDEO

SİYASƏT

18 Dekabr 2020 11:38

Oxunma sayi: 1033
Qələbə sevinci ilə yaşayan qazimiz   VİDEO

“Döyüşlər başlayandan bir saat belə olsun yerimizdə saymadıq. Qarşımızda qoyulan hədəf ancaq irəli getmək oldu”. 

 

Baku TV xəbər verir ki, Vətən müharibəsində iştirak edən qazilərimizdən biri, Fərhad Qələndərli keçdiyi döyüş yolunu belə xatırlayır. 

F.Qədirli hərbçi yoldaşları ilə düşmən postlarını darmadağın edərək torpalarımızı işğladan azad edib. 

Fərhad Qələndərli Ağstafa rayonunda dünyaya gəlib. Həqiqi hərbi xidməti keçdikdən sonra hərb sahəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Qazimizin sözlərinə görə, döyüş yolunda xidmət etdiyi bölmə “Həmlə” bölüyü adlanıb. Burada ancaq müddətdən artıq xidmət edən hərbçilər, gizir və zabitlər iştirak edib. Fərhad Füzuli şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. Atılan artilleriya mərmiləri nəticəsində əsgər yoldaşlarından biri şəhid olub, qazi və daha üç hərbçi yoldaşı yaralanıb. 

Qeyd edək ki, Qələndərli ailəsi Vətən müharibəsində cəbhəyə iki övlad göndərib. Bu ailənin hər iki oğlu döyüşlərin şiddətli gedən vaxtlarında ön cəbhədə savaşıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!