“Qərb Ukraynaya uzaqmənzilli raketlər verərsə...” Putindən hədə

SİYASƏT

05 İyun 2022 16:45

Oxunma sayi: 396
“Qərb Ukraynaya uzaqmənzilli raketlər verərsə...”   Putindən hədə

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Kiyevə əlavə silahlar vermək qərarını şərh edib.

Azmedia.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu qərarı “hay-küy” adlandıran Putin deyib: 

“Ümumiyyətlə, əlavə silah tədarükü ilə bağlı bütün bu hay-küy, fikrimcə, yalnız bir məqsəd daşıyır - silahlı münaqişəni mümkün qədər uzağa çəkmək. Qərb Ukraynanı uzaqmənzilli raketlərlə təmin edərsə, Rusiya müvafiq nəticələr çıxaracaq. Hələ vurmadığımız obyektlərə zərbələr endirmək üçün əlimizdə kifayət qədər olan məhvedici vasitələrdən istifadə edəcəyik”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!