Qışa qədər müharibə bitəcək Rusiya üçün arzuolunmaz PROQNOZ

SİYASƏT

28 İyun 2022 16:00

Oxunma sayi: 281
Qışa qədər müharibə bitəcək   Rusiya üçün arzuolunmaz PROQNOZ

Azmedia.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, ABŞ Rusiyanın məğlub olması üçün hər şey edəcək:

"Qərbdən Ukraynaya hərbi yardımın göndərilməsi məsələsinə son vaxtlar Rusiyanı məğlub etmək istəyindən daha çox müharibənin uzadılması üçün atılan addım kimi şərhlər gəlsə də, qışa qədər Rusiya iqtisadi cəhətdən tükənəcək.

ABŞ Rusiyanı devirmək fikrindən dönməyəcək. Hər şey yaxşı olacaq. Ukraynanın yalnız suallara deyil, köməyə ehtiyacı var. 

Rusiya artıq parçalanma mərhələsinə qədəm qoyub və bu prosesi dayandırmaq mümkün deyil. ABŞ xeyirimizə nə lazımdırsa, hər şeyi edəcək".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!