Qonşu dövlətdə eyni anda ## epidemiyası başladı üç virusun

SAĞLAMLIQ

09 Yanvar 2024 18:45

Oxunma sayi: 53
Qonşu dövlətdə eyni anda ## epidemiyası başladı  üç virusun

Rusiyada tridemiya başlayıb. Bu termin üç virusun eyni vaxtda yayılmasına aiddir. Hazırkı vəziyyətdə söhbət koronavirus, kəskin respirator virus infeksiyaları (KRVİ) və qripdən gedir.

Azmedia.Az xəbər verir ki , bu barədə “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) və Smorodintsev adına Qrip Elmi-Tədqiqat İnstitutunun məlumatlarında bildirilib.

Mütəxəssislərin sözlərinə görə, eyni anda üç infeksiyaya yoluxmaq mümkündür, lakin bu, çox nadir hallarda olur, ardıcıl yoluxma ehtimalı daha yüksəkdir. Bu, mövcud bir xəstəlik nəticəsində immunitet sisteminin zəiflədiyi hallarda baş verir. Belə vəziyyətdə orqanizmə yeni bir virusla mübarizə aparmaq və xəstəliyin təkrarlanmasına müqavimət göstərmək daha çətin olur.

Hazırda ölkədə bu viruslar arasında “A” qripi (H3N2/Honkonq qripi də deyilir) daha geniş yayılıb.

Qeyd olunub ki, hazırda yoluxma səviyyəsi normadan 83 faiz çoxdur və artmağa davam edir.

Qurumdan yoluxmanın fevral-mart aylarında azalacağı ehtimal edilib.

Mənbə: İz.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!