Qurban Qurbanov tapşırıq verdi - Heç kim mənə yaxınlaşıb deməsin ki…

İDMAN

20 Aprel 2024 16:49

Oxunma sayi: 29
Qurban Qurbanov tapşırıq verdi  - Heç kim mənə yaxınlaşıb deməsin ki…

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov müqaviləsi davam edən legionerlərlə bağlı qəti mövqeyini ortaya qoyub.

Təcrübəli mütəxəssis başqa təkliflər alan əcnəbi oyunçularla vidalaşmaq istəmədiyini rəsmilərin nəzərinə çatdırıb.

Azmedia.Az sportinfo.az-a istinadən xəbər verir ki, o, Juninyo başda olmaqla, əsas heyət üzvlərinin xidmətindən minimum növbəti mövsümdə də yararlanacağını deyib.

Qurbanov tapşırıq verib ki, bu futbolçulardan heç kim ona yaxınlaşaraq, «dəvətim var, getmək istəyirəm» deməsin.

Azərbaycanın ən yaxşı mütəxəssisi onlarla bu haqda söhbət etməyəcəyini söyləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!