Ramiz Mehdiyevin kürəkəni də siyahıdan kənarda QALDI

SİYASƏT

28 Dekabr 2019 10:14

Oxunma sayi: 320
Ramiz Mehdiyevin kürəkəni də siyahıdan kənarda QALDI

Yeni Azərbaycan Partiyasının (YAP) V çağırış Milli Məclisdə təmsil olunmuş deputatlarından kimlərin adının partiyanın deputatlığa namizədlər siyahısına daxil edilmədiyi məlum olub.

 

Azmedia.az xəbər verir ki, 56 saylı Xaçmaz kənd seçki dairəsindən V çağırış Milli Məclisin deputatI olmuş Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni Əliyev İlham Əlisəftər oğlu da siyahıda yer almayıb.
 

Qeyd edək ki, YAP 125 dairədən 123-ü üzrə namizəd müəyyənləşdirib.
 

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!