Rauf Yəhyayev : “ Polisi vurub yıxdılar, yumruqlaşma  oldu , üstümüzə bıçaq çıxardılar“  

MÜSAHİBƏ

19 Fevral 2024 20:15

Oxunma sayi: 881
Rauf Yəhyayev : “ Polisi vurub yıxdılar, yumruqlaşma  oldu , üstümüzə bıçaq çıxardılar“  

Goranboy rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yəhyayev : " Polisi vurub yıxdılar, yumruqlaşma  oldu , üstümüzə bıçaq çıxardılar"  

Baş vermiş hadisə ilə bağlı "Azmedia.Az"a fikirlərini açıqlayan xəstəxana rəhbəri hadisədən öncə də iştirakçıların Təcili Yardım xidmətinə  gələrək həkimlərə təzyiq etdiyini bildirib.

Eynən bu son hadisədə olduğu kimi təcili yardım həkimlərindən, onlara narkotik tərkibli dərman pereparatları vurulmasını tələb ediblər.Tibb heyəti məcbur vəziyyətdə onların tələbinə müəyyən mənada cavab verib. Mən eşidən kimi əməkdaşlara əsəbləşdim.

Dedim ki qazidirlərsə müalicə alıb cəmiyyətə inteqrasiya olunmalıdırlar, narkomaniya düşkününə çevrilməməlidirlər. Nə isə..7 fevral günü xəstəxananın dəhlizində dolaşırdım.Qrup şəklində qarşımı kəsib onlara  narkotik tərkibli dərmanlar verilməsini tələb etdilər. Dedim həkimə müraciət edin hansı pereparatı uyğun bilsələr sizə  tətbiq edərlər.Cavabları gecikmədi.  Onlar sadə , lazımsız iynələr vurur, bizə daha güclü dərmanlar lazımdır dedilər.Hətta ciblərindən çıxarıb  bir iki  boş dərman karobkasını da göstərdilər.Beləcə mübahisə yarandı və münaqişəyə çevrildi.

Mühafizə polisini vurub yıxdılar yerə, aramızda yumruqlaşma başladı və üstümüzə bıçaq çıxartdılar. Nə yaxşı ki, polis əməkdaşları vaxtında gəlib yetişdi. Direktor Rauf Yəhyayev əlbəyaxa dava zamanı baş verənlərin onların sağlamlığında həyati əhəmiyyətli, elə də ağır  fəsadlar buraxmadığını bildirir.

O məsələ ilə bağlı hüquq mühafizə orqanlarına  müraciət etdiklərini söyləyir. "Bilmirəm təsadüf idi , ya təxribat aidiyyati orqanlar müəyyən edəcək"

Rauf Yəhyayev xəstəxana kameralarından sosial şəbəkəyə sızan kadrların da onlara aid olmadığını deyir. Biz əlimizdə olan məlumatları və videokadrları yalnız təhqiqatçılara təqdim etmişik

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!