REAL sədri Prezident Administrasiyasına çağırıldı

SİYASƏT

29 Fevral 2020 12:22

Oxunma sayi: 653
REAL sədri Prezident Administrasiyasına çağırıldı

Prezident Administrasiyasında REAL Partiyasının sədri İlqar Məmmədovla görüş keçirilib.

 

 Azmedia.az bakupost-a istinadla  xəbər verir ki, bu barədə İlqar Məmmədov özü bildirib.

 

"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik.Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq", - deyə o qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!