Rəcəb Tayyib Ərdoğan: “Rusiya, ABŞ və Fransa Ermənistanın tərəfini tutur” VİDEO

SİYASƏT

18 Oktyabr 2020 21:00

Oxunma sayi: 620
Rəcəb Tayyib Ərdoğan:         “Rusiya, ABŞ və Fransa Ermənistanın tərəfini tutur”   VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Şırnakda keçirilən 7-ci Qurultayında Azərbaycanın torpaqlarını azad etməsi uğrunda mübarizəsindən bəhs edib.

 

“Haber Global” məlumat verir ki, o, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanın tərəfini tutduğunu deyib:

 

“Bu Minsk Üçlüyü kimdir: Rusiya, ABŞ və Fransa... Rusiya, ABŞ və Fransa azərbaycanlı qardaşlarımızın torpaqlarını onlara vermədi”.

 

O qeyd edib ki, azərbaycanlı qardaşlarımız torpaqlarını ermənilərdən azad etmək üçün mübarizə aparırlar:

 

“Rəbbim onlara kömək etsin. İnanıram ki, işğal olunmuş torpaqları ermənilərdən alacaqlar və xilas edəcəklər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!