Rəqs meydanından döyüş meydanına VİDEO

SİYASƏT

08 Yanvar 2021 17:42

Oxunma sayi: 697
Rəqs meydanından döyüş meydanına   VİDEO

Vətən müharibəsində iştirak edən hərbçilərimizin bir çoxu incəsənətə meyilli şəxlər olub.

 

Qazimiz Firdovsi Eyvazov da təkcə döyüş meydanında deyil, eləcə də səhnədə də vətənə sevgisini ifadə edən qəhrəmanlardandır.

Bir il əvvəl Azərbaycan dövlət Mahnı və Rəqs ansamblının qurduğu “Mübariz” operasında F.Eyvazov da səhnədə yer alıb. Kim bilərdi ki, o, operada canlandırığı obrazı rəqs meydanından döyüş meydanına daşıyacaq.

F.Eyvazov Füzuli, Cəbrayıl və Xocəvənddə ordumuzun mövqeylərinin möhkəmlənməsində iştirak edib. O bildirir ki, əsgərlərimizin cəsarəti ordumuzda ruh yüksəkliyi yaratmışdı. Vətən sevgisi bizi qalib etdi.

Ətraflı İTV-nin süjetini təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!