Rəsmi Bakıdan Gürcüstandakı qondarma seçkilərə ETİRAZ

SİYASƏT

11 Aprel 2022 10:54

Oxunma sayi: 341
Rəsmi Bakıdan Gürcüstandakı qondarma seçkilərə  ETİRAZ

“Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma prezident seçkilərini, həmçinin onların nəticələrini tanımır”.

Məlumata əsasən, Azərbaycan XİN belə bəyanat yayıb.

Bəyanatda daha sonra deyilir:

“Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!