Rəsmi Moskvadan liderlərin üçtərəfli görüşü barədə AÇIQLAMA

SİYASƏT

17 May 2022 17:11

Oxunma sayi: 362
Rəsmi Moskvadan liderlərin üçtərəfli görüşü barədə  AÇIQLAMA

“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçirilməsini istisna etmir”.

Azmedia.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. 

“Biz 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarının ən yüksək səviyyədə həyata keçirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderləri daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, canlı görüşün təşkil edilməsini istisna etmirik”, - deyə Rudenko söyləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!