Rəsmi Tehran: Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik

SİYASƏT

16 Oktyabr 2020 02:30

Oxunma sayi: 658
Rəsmi Tehran:         Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik

İran hökuməti Dağlıq Qarabağdakı münaqişə tərəflərinin ərazilərinə təkrar hücumlarına dözməyəcək.

Azmedia.Az xəbər verir ki ,bu sözləri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə söyləyib.

“İran bu cür hücumların təkrarlanmasına laqeyd qalmayacaq”, -  İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfində verilən açıqlamada qeyd olunur.

Diplomat əlavə edib ki, sərhəd bölgələrində yaşayan İran vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ölkənin silahlı qüvvələri üçün prioritet təşkil edir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin atdığı iki raket İran ərazisinə düşüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!