RF ordu generalı: “Rusiya Azərbaycan sərhədinin beynəlxalq qeydiyyatı üzrə işlər başa çatdırılmayıb”

SİYASƏT

27 May 2022 10:15

Oxunma sayi: 396
RF ordu generalı:  “Rusiya   Azərbaycan sərhədinin beynəlxalq qeydiyyatı üzrə işlər başa çatdırılmayıb”

“Hazırda Rusiyanın Azərbaycan, həmçinin Ukrayna, Qazaxıstan və ABŞ-la dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı üzrə işlər başa çatdırılmayıb”.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov bəyan edib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının heç bir qonşu dövlətə ərazi iddiası yoxdur və beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsip və normaları əsasında dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı prosesinin münaqişəsiz başa çatdırılması istiqamətində ardıcıl işlər aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!