Rövşən Cəfərovun qızı vəfat etdi - FOTOlar

ÖLKƏ

18 Aprel 2024 10:37

Oxunma sayi: 471
Rövşən Cəfərovun qızı  vəfat etdi - FOTOlar

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. 

Azmedia.Az axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. 

Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. 

Qeyd edək ki, Rövşən uzun illər mərhum Xalq artisti Səməd Səmədovla çalışıb. Hazırda isə o, Əməkdar artist Manana Çaparidzenin prodüseridir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!