Röyal Mədətov düşmənin üç maşın kolonunu partladıb, xeyli sayda hərbçisini məhv edib VİDEO

SİYASƏT

13 Dekabr 2020 14:30

Oxunma sayi: 1551
Röyal Mədətov düşmənin üç maşın kolonunu partladıb, xeyli sayda hərbçisini məhv edib   VİDEO

Vətən müharibəsində böyük şücaət göstərən igidlərimizdən biri də Röyal Mədətov olub.

 

Azmedia.Az  xezerxeber.az-a istinadən bildirir ki, Röyalın vəzifəsi snayper kimi görünmədən görmək, ölmədən öldürməkdən ibarət idi. Bu vəzifəni uğurla icra etdikdən sonra yenə də düşmənə hər vəchlə zərbə vurmağa çalışırdı. Çünki o, xüsusi təyinatlı idi.

Valideynləri də bilmirdi gizir Röyalın yerini və yaralı olduğunu... Bizim xüsusi təyinatlı igidimiz müharibənin qaydalarına ciddi riayət edərək, bütün gizlinləri mətanətlə qəlbində daşıyıdı. Axı o, vətəni qoruyurdu...

Qazaxın Hüseynbəyli kəndindən olan 28 yaşlı şəhidimiz Cəbrayıl və Füzuli rayonlarının işğaldan tamamən azad edilməsində müstəsna rol oynayıb və ağlasığmaz şücaət göstərib. Füzulidə yaralansa da, təkrar hərb meydanına can atıb.

Dilindən vətən sözü bir an düşməyən Röyal düşmənin qəniminə çevrilmişd. Ön cəbhəyə geri dönən qəhrəmanımız düşmənin üç maşın kolonunu partladıb. Taqımı ilə birlikdə ümumilikdə yüzə yaxın düşmən hərbçisini məhv edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!