Rus sülhməramlılar 150 hektardan çox ərazini minadan təmizləyib

SİYASƏT

13 Dekabr 2020 13:39

Oxunma sayi: 1022
Rus sülhməramlılar 150 hektardan çox ərazini minadan təmizləyib

Rusiya sülhməramlıları son bir gündə Azərbaycanın Xankəndi şəhərində 12 hektardan artıq ərazini minalardan təmizləyib.

 

Azmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 17,2 kilometrlik elektrik xətti və 31 transformator bərpa edilib.

Ümumilikdə Rusiya sülhməramlıları tərəfindən Dağlıq Qarabağda 150 hektardan çox ərazi minalardan təmizlənib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!