Rusiya Azərbaycan FHN ə mobil konteynerlər göndərdi

SİYASƏT

12 Yanvar 2021 13:18

Oxunma sayi: 663
Rusiya Azərbaycan FHN   ə mobil konteynerlər göndərdi

Formalaşmış ikitərəfli sıx əməkdaşlıq münasibətləri çərçivəsində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə səhra şəraitində istifadə üçün nəzərdə tutulan 15 ədəd mobil konteyner göndərilib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinə çatdırılmış konteynerlərdən 10 ədədi yaşayış, 5 ədədi isə ofis kimi istifadə üçün nəzərdə tutulub. Konteynerlərdə yaşayış və iş fəaliyyəti üçün müvafiq şərait yaradılıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!