Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib VİDEO, FOTO

SİYASƏT

04 Yanvar 2021 15:37

Oxunma sayi: 662
Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib   VİDEO, FOTO

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.

 

Azmedia.az-ın TASS-a istinadən xəbərinə görə, xilasedicilərlə birlikdə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub: “Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək”. 

Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!