Rusiya Ermənistanda ikinci baza yaradır? FOTO

SİYASƏT

21 Mart 2021 13:30

Oxunma sayi: 743
Rusiya Ermənistanda ikinci baza yaradır?   FOTO

"Rusiyalı hərbçilər Sisyan aeroportunun yaxınlığında və bilavasitə aeroportun özündə yerləşiblər".

Erimənistanın Sünik vilayətindəki Sisyan şəhərinin meri Artur Sarkisyan belə deyib.

Mer hərbçilərin dəqiq sayını bilmir.

"Sonradan orada hərbi baza yaradılacaq, ya yox - bilmirəm. Amma hazırda orada rusiyalı hərbçilər var", - "Dirçələn Ermənistan" Partiyasının tədbirində A.Sarkisyan söyləyib.

Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazasından 8 döyüş helikopteri və təqribən 120 hərbçi Ermənistanın cənub-şərqindəki Sisyan şəhərində yerləşdiriliblər.

Bununla bağlı Moskva və İrəvan heç bir rəsmi açıqlama verməyib.

Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratmağa hazırlaşması ilə bağlı erməni mediasında, sosial şəbəkələrdə yer alan iddialar və bəzi erməni siyasətçilərin bəyanatları ehtimal səciyyəlidir. Çünki Rusiyanın belə qərar qəbul edəcəyi real təsir bağışlamır: səbəb, ikinci bazanın yaradılacağı təqdirdə Cənubi Qafqaz regionunda vəziyyətin daha da, hətta həddindən artıq gərginləşməsi olardı.

Rusiyanın Müdafiə Nazirliyi hazırda Gümrüdəki 102-ci hərbi bazada şəxsi heyətlə hərbi texnikanın sayının artırılması ilə məşğuldur.

Ermənistanın MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğunu və bu qurum çərçivəsində Rusiyanın müttəfiqi sayıldığını nəzərə alsaq, Sisyanda Rusiyanın hərbi aviasiyasının peyda olması erməniləri sakitləşdirmək üçün Moskvanın atdığı addım da sayıla bilər.//milli.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!