Rusiya FHN dən Ağdamda fəaliyyətlə bağlı VACİB AÇIQLAMA

SİYASƏT

11 Yanvar 2021 17:27

Oxunma sayi: 788
Rusiya FHN   dən Ağdamda fəaliyyətlə bağlı       VACİB AÇIQLAMA

Yanvarın 6-dan etibarən Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Dağlıq Qarabağda Ağdam rayonunun Əfətli kəndi yaxınlığında minatəmizləmə işləri aparırlar.

 

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında bildirilib.

Fövqəladə hallar qurumunun pirotexnikləri üç gün ərzində bir hektardan çox ərazini araşdırıblar. Əksəriyyəti piyada əleyhinə mina olmaqla, 65-ə yaxın partlayıcı obyekt aşkarlanaraq, məhv edilib.

Bundan əlavə, Rusiya Fövqəladə Hallar Nazirliyinin köməyi ilə 15 modul kabin Azərbaycan tərəfinə təhvil verilib. Bunlara həm səhra şəraitində yaşamaq üçün yaşayış blokları, həm də inzibati modullar daxildir. Mütəxəssislərin minalardan təmizləmə dövründə orada yaşaması planlaşdırılır.

Xatırladaq ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərdən ibarət birləşmiş qrupu yanvarın 4-dən humanitar missiya ilə Azərbaycana gəlib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!