Rusiya səfiri Fransa XİN ə çağırıldı

SİYASƏT

05 Aprel 2022 12:21

Oxunma sayi: 301
Rusiya səfiri Fransa XİN   ə çağırıldı

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı BFM telekanalı yayıb. 

Rusiyanın Parisdəki səfirliyi xəbəri hələlik təsdiq etməyib. 

Qeyd edək ki, martın 4-də Fransa XİN bir qrup rusiyalı diplomatı ölkədən çıxarmaq niyyətində olduğunu bildirib. Telekanalın məlumatına görə, burada söhbət Rusiya səfirliyinin 35 əməkdaşından gedir. Rusiya XİN isə öz növbəsində bəyan edib ki, Fransa tərəfininin bu addımına cavab verəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!