Rusiya Türkiyənin Suriya əməliyyatının ləğvinə çalışır

SİYASƏT

20 İyun 2022 17:18

Oxunma sayi: 354
Rusiya Türkiyənin Suriya əməliyyatının ləğvinə çalışır

“Rusiya Türkiyənin Suriyanın şimalında həyata keçirəcəyi əməliyyatdan imtina etməsinə çalışmağa davam edəcək”.

Azmedia.Az Rusiya mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

“Türkiyə ilə işləməyə davam edirik. Ümid edirik ki, siyasi-diplomatik yolla razılıq əldə olunacaq”, - deyə Boqdanov söyləyib.

Qeyd edək ki, Türkiyə mediası iyunun 20-si ölkənin Suriyanın şimalında həyata keçirəcəyi hərbi əməliyyatın bütün hazırlığını başa çatdırdığını yazıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!