Rusiya üç ölkənin konsulluqlarını bağlayır

SİYASƏT

21 Aprel 2022 15:53

Oxunma sayi: 398
Rusiya üç ölkənin konsulluqlarını bağlayır

Rusiya Latviya, Litva və Estoniyanın Sankt-Peterburq şəhərində yerləşən Baş konsulluqlarını bağlayır.

Azmedia.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, Rusiya, həmçinin Latviyanın Pskov şəhərindəki konsulluğunu və Estoniyanın Baş konsulluğunun ofisini bağlayacaq.

Bildirilir ki, sözügedən konsulluqların əməkdaşları “arzuolunmaz şəxs” elan olunub.

Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqdan sonra 300-ə yaxın rusiyalı diplomat ABŞ və Avropa ölkələrindən çıxarılıb. Rusiya XİN bu addımı atan bütün ölkələrə analoji cavab verəcəyini bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!