Rusiya və Azərbaycan anlaşdı: Bu qadağa götürüldü

SİYASƏT

18 Dekabr 2020 22:15

Oxunma sayi: 655
Rusiya və Azərbaycan anlaşdı:     Bu qadağa götürüldü

Rusiya hökuməti Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyəti aradan qaldırdı.


Azmedia.Az Oxu24.com-a istinadən xəbər verir ki, dekabrın 21-dən etibarən “TurAz” MMC, “Ran Fruit”, “Əsədov Vaqif” müəssisələri tərəfindən becərilən almaların idxalına icazə verilir.


Sadalanan müəssisələr bu il Avrasiya İqtisadi İttifaqı qaydalarına görə, karantini zəruri edən halların aşkarlanmadığı Şabran rayonunda fəaliyyət göstərirlər.


Xatırladaq ki, bəzi ziyanverici həşəratların aşkarlanması səbəbindən dekabrın 10-dan Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyulmuşdu.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!