Rusiya və Ukrayna arasında növbəti danışıqlar Türkiyədə keçiriləcək RƏSMİ

SİYASƏT

27 Mart 2022 22:15

Oxunma sayi: 174
Rusiya və Ukrayna arasında növbəti danışıqlar Türkiyədə keçiriləcək   RƏSMİ

Rusiya – Ukrayna danışıqlarının növbəti mərhləsi martın 29-30-da Türkiyədə keçiriləcək.

Bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia özünün sosial şəbəkə səhifəsində bildirib.

Məlumatı həmçinin Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də təsdiqləyib.

“Bu gün Ukrayna ilə videokonfrans vasitəsilə danışıqların növbəti raundu keçirilib. Nəticədə martın 29-30-da üz-üzə görüşmək qərara alınıb”, - deyə o, “Telegram”da yazıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!